İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbdə “Kimdir əlil”və “Üç nəfərin imtahanı”mövzusunda açıq dərs keçirilmişdir.
Açıq dərs məktəbin
müəllimi Vəliyeva Şəhla tərəfindən 6a sinfində
keçirilmişdir.
Dərsin
motivasiyası yönəldici suallarla qurulmuşdur. Motivasiya ilə tanış olarkən
N.Gəncəvinin
“Xeyir və Şər”əsərindəki surətlər müqayisə edildi. Sinfə ünvanlanan
12 yaşlı əlil
uşaq tərəfindən məktub səslənir, şagirdlər qruplaşaraq məktubda onlara
Ünvanlanan məktuba
cavab yazdılar. Qrup işləri dinlənildi və təqdimatların müzakirəsi
olundu. Şagirdlər tərəfindən cavablandırılan məktub zərfə qoyularaq ünvana
çatdırmaq üçün müəllimə təqdim olundu. Şagirdlərə müəllim tərəfindən ev
tapşırıgı verilib və qiymətləndirmə cədvəlinə uygun olaraq qiymətləndirmə
aparıldı. Müəllimin dərsi dərsdə iştirak edən məktəb rəhbərliyi və müəllim heyəti
tərəfindən müzakirə olundu. Açıq dərs müəllimlər tərəfindən yüksək qiymətləndirildi.