четверг, 8 декабря 2016 г.

Ədəbiyyatdan açıq dərs


İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbdə “Kimdir əlil”və “Üç nəfərin imtahanı”mövzusunda açıq dərs keçirilmişdir.                                                                     

Açıq dərs məktəbin müəllimi Vəliyeva Şəhla tərəfindən 6a sinfində keçirilmişdir.
Dərsin motivasiyası yönəldici suallarla qurulmuşdur. Motivasiya ilə tanış olarkən
N.Gəncəvinin “Xeyir və Şər”əsərindəki surətlər müqayisə edildi. Sinfə ünvanlanan
12 yaşlı əlil uşaq tərəfindən məktub səslənir, şagirdlər qruplaşaraq məktubda onlara
Ünvanlanan məktuba cavab yazdılar. Qrup işləri dinlənildi və təqdimatların müzakirəsi olundu. Şagirdlər tərəfindən cavablandırılan məktub zərfə qoyularaq ünvana çatdırmaq üçün müəllimə təqdim olundu. Şagirdlərə müəllim tərəfindən ev tapşırıgı verilib və qiymətləndirmə cədvəlinə uygun olaraq qiymətləndirmə aparıldı. Müəllimin dərsi dərsdə iştirak edən məktəb rəhbərliyi və müəllim heyəti tərəfindən müzakirə olundu. Açıq dərs müəllimlər tərəfindən yüksək qiymətləndirildi.






































Комментариев нет:

Отправить комментарий